AZ

Prezident İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər dünyada Azərbaycana olan böyük marağın göstəricisidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın hər bir sahədə qazandığı uğurlarınxronologiyasından bəhs edərkən daim tarixi Zəfərimizin,suverenliyimizin tam bərpasının yaratdığı reallıqları xüsusi qeydedirik. Bu baxımdan xarici siyasət uğurlarımız da diqqətdən kənardaqala bilməz. Bunun üçün ölkəmizin ötən 5 ildə ayrı-ayrı dövlətlərləistər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəəlaqələrinin inkişafına diqqət yetirmək kifayətdir. Dövlət başçısıİlham Əliyevin sentyabrın 22-də BMT Baş Assambleyasının 80-cisessiyasında iştirak etmək üçün Amerika Birləşmiş ŞtatlarınınNyu-York şəhərinə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatındageniş şərh edilir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki,Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbirAzərbaycana, dövlətimizin başçısına olan hörmət və etimad ilədiqqətdə olur. Tədbirlərdən öncə qarşı tərəflərin müraciətləriəsasında Prezident İlham Əliyevlə keçirilən görüşlər, günün aktualməsələləri ilə bağlı Azərbaycanın mövqeyinə verilən üstlünlük bununbariz nümunəsidir. Prezident İlham Əliyevin Nyu-Yorka işgüzarsəfəri də bu baxımdan diqqətdədir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının dünyanınalternativ investisiyalar sahəsində ən böyük idarəedicişirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətininbaş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətininsədri və baş icraçı direktoru Corc Volker və “Blackstone”şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey iləgörüşləri bunun bariz nümunəsidir. Belə ki, “Brookfield AssetManagement” şirkətinin baş icraçı direktoru Brüs Flətt 2023-cü ildəölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadinailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissiyaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan RespublikasıDövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyinixüsusi qeyd edib. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistanarasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmişnəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadiəməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığınıbildirdi. “Neuberger Berman” şirkətinin sədri və baş icraçıdirektoru Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə vəinvestisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanlaəməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, yeni layihələrçərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanlarındəyərləndirildiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizinbeynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri iləəməkdaşlığın genişləndirilməsinə önəm verdiyini qeyd edərək buxüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonrada uğurla davam edəcəyinə inamını ifadə etdi. “Blackstone”şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan QreyAzərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişafproseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlaryaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə dəAzərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığınıngenişləndirilməsində maraqlı olduğunu və ölkəmizdə formalaşmışəlverişli investisiya mühitini yüksək qiymətləndirdiyini bildirdi.Hər üç şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır. Bu, həminqurumların Azərbaycana olan marağının göstəricisidir. Ümumilikdəsəfər çərçivəsində keçirilən bütün görüşlər qarşı tərəflərinmüraciətləri əsasında baş tutur. Bu, ölkəmizə marağın, onunliderinə olan münasibətin təsdiqidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrininkişafında iqtisadi amili nəzərə alsaq Azərbaycanın dayanıqlıinkişaf modelinin nümunə olduğunu görərik. Ölkəmizin dünyann enerjitəhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir.Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın burolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının yaşılenerjiyə keçid olduğunu da önə çəksək Azərbaycanın bu sahədə dəböyük potensiala və təcrübəyə malik olmasının əlaqələrininkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezidentİlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın malikolduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir.Azərbaycan bu gün investisiya cəlbediciliyi ilə də diqqətdədir.Təbii ki, bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixiZəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın dünyabirliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezidentİlham Əliyevə etimadı daha da artırır.

Milli Məclisin deputatı bildirib ki, BMT ailəsinin tamhüquqluüzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbitedilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün vətəhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsinitəkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMTilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi.Onu da qeyd edək ki, beynəlxalq aləmdə nüfuz sahibi olan AzərbaycanBMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb.Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzvdövlətinin səsini qazanaraq təşkilatın Təhlükəsizlik Şurasının2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib və 2015-ci ildəBMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərəküzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsiölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir.2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvükimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıraməsələlərin gündəliyə çıxarılmasına nail oldu.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan BMT-nin daha səmərəlifəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhünqorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzununartırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyadagedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici roloynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatlarınaparılması qaçılmazdır. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi,dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər başverir və bu təlatümlərin mənfi təsirləri davam edir. BMT-ninməsələlərə operativ reaksiya verməsi, problemlərin həllindəyaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyitəmin etməli olan qurumun struktur və funksional cəhətdən daha dagücləndirilməsi artıq zərurətə çevrilib. Belə olarsa, sülh amilidünya siyasətində aparıcı faktora çevrilər, BMT-yə inam daha daartar, ölkələrin bu əhəmiyyətli beynəlxalq təşkilatla əlaqələrixeyli möhkəmlənər.

Məqalədə:
Seçilən
43
9
az.trend.az

10Mənbələr