Dünən adı Rusiyanın Leninqrad vilayətinin Dövlət Əmlakını İdarəetmə üzrə Federal Agentliyinin keçmiş sədr müavini kimi keçən Boris Avakyanın Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinin binasından qaçması haqda məlumat yayılmışdı.
Məlumatda belə deyilir.
"Hərbi polis 43 yaşlı Ermənistan vətəndaşını gömrük ödənişlərindən yayınma işi üzrə ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu məhkəmə iclasına gətirib. Fasilə zamanı Avakyan siqaret çəkmək üçün icazə istəyib, küçəyə çıxıb və geri qayıtmayıb.
Qaçaq məmur Peterburqdakı Ermənistanın konsulluğu ərazisində gizlənə bilər.
Avakyanı 2016-cı ildə qaçaqmalçılıqda ittiham ediblər, sonradan o, ev həbsindən Parisə qaçıb.
İrəvanda Avakyan siyasi karyera qurub və hətta Rusiya vətəndaşlığından imtina edib. Lakin bir neçə ildən sonra o, yenidən Peterburqda peyda olub"(axar.az)
Moderator.az-ın arasdırmasına görə, B.Avakyan 2018-2021-ci illərdə, yəni Bako Saakyan və Arayik Arutyunyanın Qarabağdakı separatçı rejimin rəhbəri olduqları dövrdə "prezidentin xüsusi nümayəndəsi" və "fövqəladə hallar xidməti" rəhbərinin müavini işləyib.
S.Laçın.