AZ

Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü

Sankt-Peterburqda məhkəmə zalından qaçan Boris Avaqyan Ermənistan konsulluğunun binasında ölü tapılıb.

Publika.az
xəbər verir ki, Qarabağda keçmiş qondarma rejimin “xüsusi nümayəndəsi” olmuş B.Avaqyan Rusiyada gömrük rüsumundan yayınma ittihamı ilə hakim qarşısına çıxarılmışdı.

Məhkəmə zalından qaçaraq, Ermənistan konsuluğuna sığınan Avaqyan erməni mediasına dünən verdiyi açıqlamada bildirib ki, həbs olunmasının əsas səbəbi rəsmi İrəvanın onu axtarışa verməsidir.

“Son bir ay ərzində Rusiya hüquq-mühafizə orqanları sənədlərimi yoxlamaq üçün həbs edərək, polis bölməsinə aparıblar. Çünki Ermənistan məni axtarışa verib. Mən konüllü olaraq, Ermənistana ekstradisiya olunmaq istəyirəm”, - o bildirib.

“Mash” teleqram kanalının məlumatına görə, Avaqyan bu gün Ermənistan konsulluğunun binasında ölüb. Avaqyanın təxminən 50 dəqiqə qaldığı tualetdə huşsuz vəziyyətdə tapıldığı deyilir.

Qeyd edək ki, bir-neçə saat əvvəl Avakyanın məhkəmə zalından qaçdığı və Rusiyada axtarışa verildiyi barədə yazı dərc etmişdik.

Asif

Seçilən
56
publika.az

1Mənbələr