AZ

İrəvanda separatçı Ruben Vardanyan tərəfdarı öldürüldü

İrəvanda gecə saatlarında Parakar icmasının rəhbəri Volodya Qriqoryan evinin qarşısında öldürülüb. 

Olaylar.az xəbər verir ki, hadisə zamanı onunla birlikdə bir kriminal polis əməkdaşı da həyatını itirib, əlavə olaraq bir nəfər isə yaralanıb. Hadisəni törədən şəxs tək olub və hazırda itkin düşüb.

Ermənistanın baş naziri Nikol Paşinyan hadisəni qınayıb və cinayətin açılmasının vacib olduğunu vurğulayıb.

Volodya Qriqoryan mart ayında Parakaricmasının genişləndirilmiş rəhbəri seçilmişdi. O, Paşinyan partiyasının namizədi ilə mübarizədə qalib gəlib. Qriqoryan, separatçı Ruben Vardanyanın rəhbərlik etdiyi müxalif "Aprelu Yerkir"partiyasının üzvü olub. Ruben Vardanyan isə Bakıda ağır cinayətlər törətməkdə ittiham edilərək həbs olunub. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr