AZ

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verildi.

Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı, həm də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə çevrilir. Bunun üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə müştərilər həftəiçi hər gün saat 09:00-18:00 aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: “Bu gün biz texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq. Azərbaycanda ilk dəfə “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil, bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.

Videonu izləmək üçün link: http://www.b-b.az/bbss

Seçilən
33
25
sia.az

10Mənbələr