AZ

2026-2030-cu illər üzrə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsi hazırlanıb - Komitə sədri

Bakı.Trend:

İnformasiya texnologiyalarının sürətli inkişafı, alternativ vəqeyri-ənənəvi məlumat mənbələrinin yaranması isə statistikproseslərin fasiləsiz modernləşdirilməsini tələb edir.

Trend xəbərverir ki, bu fikirləri Bakıda keçirilən 3-cü Beynəlxalq StatistikaForumunda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdeyib.

T.Budaqov vurğulayıb ki, Azərbaycan milli statistika sisteminininkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazariqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sistemininformalaşdırılmasına başlanıb, sonrakı illərdə uğurla davametdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkanverib. Qəbul olunmuş 6 dövlət proqramı çərçivəsində millitəsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi,milli hesablar sisteminin qurulması, yeni statistika sahələrininyaradılması, istifadəçilərin məlumat tələbatının ödənilməsi,elektron statistikanın inkişafı, meta-məlumatların işlənilməsi vəstatistika orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsiistiqamətində mühüm tədbirlər görülüb.

Komitə bu sertifikata layiq görülən ölkəmizin ilk mərkəzi icrahakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu nailiyyətiəldə edən ilk statistika qurumudur”.

Komitə sədri bildirib ki, hazırda 2026-2030-cu illərdə rəsmistatistikanın inkişafına dair yeni dövlət proqramı layihəsihazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır.

"Bu proqramda milli statistika sisteminin qarşısında duran yenihədəflər müəyyənləşdirilmişdir. Əsas prioritetlər beynəlxalqtəcrübədən bəhrələnərək milli potensialın gücləndirilməsi, qabaqcılmilli təcrübə əsasında beynəlxalq metodoloji bazanıntəkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya vəkommunikasiya texnologiyalarından istifadə etməklə statistikinnovasiyaların tətbiqinə dair təcrübə mübadiləsidir.

Bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalqtəşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları iləəməkdaşlıq edir. Xüsusilə, Koreya Respublikasının StatistikaKomitəsi ilə əməkdaşlığı qeyd etmək istərdim. 2018–2022-ci illərdəbu qurumla beş layihə icra olunub, həmin layihələr çərçivəsindəAzərbaycan statistika informasiya xidməti - ASIS, elektronməlumatların yayım sistemi, inzibati məlumatların idarə olunmasısistemi, elektron təlim portalları istifadəyə verilib".

Seçilən
176
6
az.trend.az

10Mənbələr