AZ

Parlamentari: Bakı Təhlükəsizlik Forumu sülh sazişinə beynəlxalq zəmanət gətirə bilər

ain.az, Sherg.az saytına istinadən bildirir.

Azərbaycanın təşəbbüsü yeni reallıq yaradır 

Hazırda dünya geosiyasətində gedən sürətli dəyişikliklər qlobal idarəetmə sistemini sınağa çəkir və beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyi artırır. Bu mürəkkəb şəraitdə beynəlxalq təşkilatlar öz missiyalarını tam şəkildə həyata keçirə bilmədiyindən, regional və qlobal gərginliklər daha da dərinləşməkdədir. Bir çox ölkələr isə imperialist siyasətlərini davam etdirərək qlobal sülh və təhlükəsizliyə məqsədyönlü təhdidlər yaradır, dünya miqyasında böhranları daha da dərinləşdirirlər.

Buna qarşı Azərbaycan konstruktiv və müstəqil xarici siyasət yürüdərək beynəlxalq təhlükəsizliyin təminatına töhfə verir. Ölkə yeni geosiyasi nizamın tərəfdarı kimi qlobal dialoq və əməkdaşlığın təşviqinə xüsusi önəm verir. Ölkəmizin xarici siyasətinin əsas istiqamətləri  işğal faktının aradan qaldırılmasından sonra sülh gündəliyinin prioritetləşdirilməsi, etibarlı regional əməkdaşlıq və bəşəriyyətin üzləşdiyi təhdidlərə qarşı milli immunitetin gücləndirilməsi Azərbaycanı beynəlxalq səhnədə etibarlı və balanslı aktora çevirir.

Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi

Bakı Təhlükəsizlik Forumu isə məhz bu kontekstdə qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün unikal platforma rolunu oynayır. Forum hər il dünyanın müxtəlif ölkələrindən gələn xüsusi xidmət orqanları rəhbərləri və təhlükəsizlik ekspertlərini bir araya gətirərək qarşılıqlı etimad və əməkdaşlıq imkanlarını genişləndirir. Dünyada silahlı münaqişələrin, humanitar böhranların və kibertəhdidlərin artdığı bir dönəmdə belə platformalar ölkələrin birgə səylərinin koordinasiyasına xidmət edir.

Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk gündən beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdiyi önəm və Prezident İlham Əliyevin liderliyi, ölkəni yeni orta güc kimi qlobal sülh və təhlükəsizlik arxitekturasının formalaşmasında fəal aktora çevirir. Bakı Təhlükəsizlik Forumu da məhz bu missiyanın gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edən bir hadisədir.

Bakı Təhlükəsizlik Forumunu şərh edən millət vəkili Şahin Seyidzadə Sherg.az-a açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sabitlik və əməkdaşlıq anlayışları getdikcə daha böyük əhəmiyyət kəsb edir:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
sherg.az

1Mənbələr