AZ

Azərbaycan statistikaya dair 6 dövlət proqramı qəbul edib- Baş nazir

Son illər ərzində Azərbaycan statistikaya dair 6 dövlət proqramı qəbul edib.  Bunu Baş Nazir Əli Əsədov  deyib.

"Qəbul olunan proqramlar statistikanın inkişafına dəstək olub. Statistika ölkə üçün önəmlidir. Ölkənin dünəni, bu günü, gələcəyi müəyyən olunur.  Bizim gündəlik istifadə etdiyimiz alətdir. Statistikanın inkişafı üçün baza lazımdır.  İstənilən sahənin inkişafında rolu böyükdür. Rəqəmsal inşikaf, İT, texnologiya, süni intelekt  statistikanı daha çevik və əlçatan edir”,- Baş nazir sentyabrın 24-də Bakıda keçirilən  "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda  III Beynəlxalq Statistika Forumunda bildirib.

Aytac Zeynalova

Seçilən
6
2
anews.az

3Mənbələr