ain.az, Azpost portalına istinadən məlumat verir.
“Azəristiliktəchizat” ASC-nin İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar məhəllədaxili istilik xətlərinin (59 511 AZN) və xarici qaz təchizatının layihələndirilməsi işləri (30 405 AZN) ilə əlaqədar elan etdiyi tenderlər ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, səbəb isə satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumilikdə dəyəri 89 916 AZN olub.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.