AZ

İtaliyalı kino ulduzu Klaudiya Kardinale vəfat edib

İtaliyalı aktrisa Klaudiya Kardinale (əsl adı Klod Jozefina Rouz Kardinal) 87 yaşında vəfat edib, Bu barədə “Corriere della Sera” qəzeti xəbər verir.

Onun agenti Loran Savrinin dediyinə görə, o, həyatının son illərində yaşadığı Paris yaxınlığındakı Nemursda “övladlarının əhatəsində” dünyasını dəyişib.

Klaudiya Kardinale 15 aprel 1938-ci ildə Tunis yaxınlığındakı La Qulettdə anadan olub. 17 yaşında gözəllik müsabiqəsində qalib oldu, "Tunisdə ən gözəl italyan" olaraq tanındı və Venesiya Film Festivalına səyahət qazandı. Orada bir neçə rejissorun diqqətini çəkdi.

1960-cı illərin əvvəllərində Viskonti "Rokko və qardaşları" və "Bəbir" filmlərində Kardinalenın rejissoru olub. Aktrisa Serco Leonenin 1969-cu ildə klassik vestern filmi olan "Bir zamanlar Qərbdə" filmindəki rolu ilə də kino tarixinə düşüb. Amerikalı tamaşaçılar onu ilk növbədə “Çəhrayı Pantera” filmindəki roluna görə tanıyırdılar.

Klaudiya Kardenale 1993-cü ildə Venesiyada Qızıl Şir, 2002-ci ildə isə Berlində Qızıl Ayı mükafatlarına layiq görülüb.

Almaz Həsənli

Seçilən
20
oxumeni.az

1Mənbələr