AZ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İB,Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən Qubadlı rayon Çardaqlı kənd tam orta məktəbinin ətrafında diametri 57 millimetr olan qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı bu gün saat 12:00-da dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
12
4
bakivaxti.az

6Mənbələr