Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Eldar Babayev və Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 07 sentyabr 2024-cü il tarixdə, saat 23:40 radələrində Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində yerləşən şirkətə məxsus düşərgənin həyətində qeydə alınıb.
Belə ki, Eldar Babayev və Elçin İsmayılov sözügedən ərazidə olan avtomobil duracağından şirkətə məxsus 51 860 manat dəyərində “Shacman” markalı yük avtomobilini qəsdən gizli olaraq oğurlayıb, Salyan rayonuna aparıblar.
Hadisədən sonra onlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. (Pravda.az)
Bizim.Media