AZ

Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

G7 xarici işlər nazirləri Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər.

Editor.az xəbər verir ki, bu məsələ BMT Baş Assambleyasının sessiyasının yekunlarına dair birgə bəyanatda öz əksini tapıb.

Sənəddə bildirilir ki, G7 ölkələrinin nümayəndələri “davamlı sülhə nail olmaq və güclü, müstəqil, suveren və firavan Ukrayna qurmaq üçün” birgə işləməyə sadiqliklərini vurğulayıblar və bildiriblər ki, ABŞ ilə koordinasiya respublika üçün təhlükəsizlik təminatlarını təmin etməyə davam edir.

Diplomatlar həmçinin üçüncü ölkələrə qarşı tədbirlər də daxil olmaqla, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə ediblər və G7 maliyyə nazirləri arasında Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin davamlı istifadəsinə dair davam edən müzakirələri alqışlayıblar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr