AZ

Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

“Atəşkəs və adekvat səviyyədə təhlükəsizlik təmin olunarsa, Ukraynada Prezident seçkiləri keçirilə bilər”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

O bildirib ki, əgər atəşkəs olarsa, biz seçkilərin keçirilməsinə hazırıq.

“Biz seçkiləri tərəfdaşlarımızla birlikdə və təhlükəsizlik zəmanəti altında keçirə bilərik”, - deyə Zelenski vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
1
missiya.az

2Mənbələr