AZ

Paşinyan icma rəhbərinin ölümünə səbəb olan silahlı hücumu PİSLƏDİ

Paşinyan ötən gecə baş vermiş silahlı hücumu qəti şəkildə pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mnediası məlumat yayıb.

Ermənistan Baş Naziri Nikol Paşinyan Merdzavan qəsəbəsində törədilmiş cəsarətli silahlı hücumu qəti şəkildə pisləyib.

Silahlı hücum nəticəsində Parakar icmasının rəhbəri V. Qriqoryan və onun dostu ölüb, daha bir nəfərin vəziyyəti ağırdır.

Paşinyan mərhumların ailələrinə və Parakar sakinlərinə başsağlığı verib, yaralının tezliklə sağalmasını arzulayıb.

Baş nazir hüquq-mühafizə orqanlarını hadisənin bütün iştirakçılarını mümkün olan ən qısa müddətdə müəyyən edib məsuliyyətə cəlb etməyə çağırıb.

Paşinyanın bəyanatı onun Facebook səhifəsində yayımlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr