AZ

Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək

BAKI, 24 sentyabr. TELEQRAF

“İsrail 2024-cü il dekabrın 8-dən əvvəlki status-kvoya qayıtmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

“İsrail 8 dekabr 2024-cü il tarixli status-kvoya qayıtmalıdır və biz heç kimi təhdid etməyəcəyimizi artıq bəyan etmişik Suriya hamı ilə bərabər məsafə saxlamaq istəyir. Suriyanın əvvəlki vəziyyətə qayıtması heç kimin xeyrinə deyil. İsraillə əldə edilən istənilən uğurlu razılaşma tegionda sülhün yayılmasına kömək edəcək digər anlaşmalara yol açacaq”, - dövlət başçısı bildirib.

Daxili vəziyyətlə bağlı Şaraa qeyd edib, “Suriyanın sabitliyi onun birliyi ilə bağlıdır və hər hansı parçalanma cəhdi təhlükəli münaqişələr yaradacaq. Suriyanın bölünməsi ilə bağlı istənilən məsələ, ilk növbədə, Suriyaya və qonşu ölkələrə, xüsusilə Türkiyə və İraqa zərər verir”.

Suriya lideri Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra 1 milyon insanın ölkəyə qayıtdığını açıqlayıb.

Kürd məsələsinə gəlincə, Əhməd Şaraa hesab edir ki, ABŞ silahlı kürdlərin Suriya ordusuna inteqrasiyasına kömək edə bilər.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr