AZ

Bahar Muradova BMT-də Serbiya naziri Tatyana Makura ilə görüşüb  

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın Gender Bərabərliyi, Qadınlara qarşı Zorakılığın Qarşısının Alınması və Qadınların Gücləndirilməsi naziri Tatyana Makura ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, Bahar Muradova BMT-də gedən müzakirələrə toxunaraq bütün ölkələri birləşdirən dəyərin insanların həyatının yaxşılaşdırılması və xüsusilə sosial ölçüdə siyasət və təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Həmçinin Azərbaycanla Serbiya arasında bu sahədə əməkdaşlığın günün tələbləri səviyyəsinə qaldırılmasına ehtiyac olduğunu vurğulayıb.

Daha sonra çıxış edən serbiyalı nazir bu il paytaxt Belqradda qadınlar forumu keçirdiklərini deyərək gələn il tədbirin daha geniş miqyasda təşkil olunacağını vurğulayıb və Bahar Muradovanı tədbirə dəvət edib. Tatyana Makura, həmçinin qadınların iqtisadi gücləndirilməsinin ölkəsinin prioritet istiqamətlərindən olduğunu deyərək bu sahədə Azərbaycanın uğuru təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını dilə gətirib, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Bahar Muradova qadınların iqtisadi və siyasi cəhətdən gücləndirilməsi yolu ilə həyatlarının və rifahlarının yaxşılaşdırılması ilə bağlı Serbiya tərəfinin fikirlərini yüksək dəyərləndirib və bu istiqamətdə birgə fəaliyyətin məqsədlərinin üst-üstə düşdüyünü vurğulayıb.

Seçilən
23
5
azerbaijan-news.az

6Mənbələr