AZ

Məşhur italiyalı aktrisa vəfat etdi - FOTO

İtaliyanın məşhur kino ulduzu Klaudiya Kardinale vəfat edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, aktrisa 87 yaşında dünyasını dəyişib. Bu barədə aktrisanın meneceri Loren Savri məlumat verib.

Savrinin sözlərinə görə Kardinale son günlərini övladlarının yanında keçirib. O, aktrisanı "yaradıcılığında da, şəxsi həyatında da azad və ilham dolu qadın" kimi xarakterizə edib.

Klaudiya Kardinalenin əsl adı Klaud Jozefina Rouz Kardinale olub. O, 1938-ci ildə Tunis şəhərində, Siciliya əsilli ailədə doğulub. 1950-ci illərin sonunda İtaliyaya köçərək qısa müddətdə kino aləminin ən tanınmış simalarından birinə çevrilib.

Aktrisanın karyerası ərzində 150-dən çox filmi var. O, Luchino Viskonti, Federico Fellini, Sergio Leone, Bernardo Bertolucci kimi dünya şöhrətli rejissorlarla çalışıb. Ən yaddaqalan rollarından biri isə "Bir vaxtlar Qərbdə" (1968) filmindəki obrazıdır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
1
milli.az

2Mənbələr