AZ

Deputatımız beynəlxalq tədbirə qatılacaq

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin toplantısında, həmçinin Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün sentyabrın 25-də Avstraliyanın Sidney şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirlərdə fövqəladə hallar, ekoloji fəlakətlər kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə kosmik tətbiqlər və digər mövzular müzakirə ediləcək. Burada deputatımızın "Dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsində kosmos sənayesinin rolu" mövzusunda çıxışı gözlənilir.
Səfər oktyabrın 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr