AZ

Xarici ölkələrdə təhsil almaq qərarı verən tələbələrin sayı artır

“Bəzi yanaşmalara görə, ali təhsil hər kəs üçün əlçatan olmalıdır. Lakin təcrübə göstərir ki, müəyyən seçim meyarlarının tətbiqi qaçılmazdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Bakıda keçirilən“THE Avrasiya Universitetlərinin Sammiti”nə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məsələyə bir qədər dərindən yanaşsaq, görərik ki, ali təhsilə çıxış məsələsi kifayət qədər mürəkkəbdir və burada nəzərə alınmalı bir sıra mühüm amillər mövcuddur.

“Bizim üçün əsas suallardan biri budur: ali təhsilə çıxış kimlər üçün təmin edilməlidir?
Yalnız xüsusi bacarıq və qabiliyyətlərə malik şəxslərin seçilməsi, başqa sözlə, ali təhsilə qəbulun müəyyən “filtr”dən keçirilməsi məqsədə uyğundurmu? Yaxud da ali təhsilə çıxışı sadəcə fərdi və iqtisadi seçim kimi dəyərləndirmək, yəni hər kəsin öz qərarına buraxmaq daha doğru olardımı?

Bu sualları nəzərə alaraq qeyd etməliyəm ki, son on il ərzində ölkə üzrə yerli universitetlərə qəbul olunanların sayı təxminən iki dəfə artmışdır. Bununla yanaşı, xarici ölkələrdə təhsil almaq qərarı verən tələbələrin sayında da əhəmiyyətli artım müşahidə olunur ki, bu göstəricinin iki-üç dəfə çoxaldığını söyləmək mümkündür”,- nazir vurğulayıb.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr