AZ

Fələstində işsizlik səviyyəsi 60%-ə çatıb - ölkənin əmək naziri

Fələstində işsizlik səviyyəsi 60%-ə çatıb. Bu barədə Fələstin Dövlətinin Əmək naziri Enas Dahadha Attari  "Dəyişən Əmək Dünyasında İnnovativ Əmək və Məşğulluq Stearegiyaları: Qlobal Çağırışlar - Milli Həllər" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, qadınlar iş tapmaqda ciddi çətinliklərlə üzləşir. O, peşə məktəblərinin müasirləşdirilməsinin, özəl sektorla əməkdaşlığın və inklüzivliyin vacibliyini vurğulayıb.

Attari qeyd edib ki, qadın və gənclərin bərabər maaşa çıxışı təmin olunmalıdır, bu isə iqtisadi rifahın təməlidir.

Nazir əlavə edib ki, bəzi İslam ölkələrində əmək bazarı ilə bağlı dəqiq məlumatların olmaması problemlərin daha da dərinləşməsinə səbəb olur.

Onun sözlərinə görə, Fələstin peşə təhsilini gücləndirir, süni intellekt platformalarından istifadə edir və təhsil sistemini əmək bazarının tələblərinə uyğunlaşdırmağa çalışır.

Gülnar Nazimqızı

Seçilən
20
anews.az

1Mənbələr