AZ

Cənubi Koreya Ukraynaya əlavə yardım edəcək

Koreya Respublikası səhiyyə, təhsil və infrastruktur kimi sahələrdə Ukraynaya kömək etmək üçün yeni yollar axtarır.

Ukrayna kosmik qoşunlar yaradacaq: Tarix açıqlandı

Olaylar.az xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib:

"Koreya Ukraynaya enerji, infrastruktur, səhiyyə və təhsil kimi sahələrdə dəstək verib və əlavə tədbirləri nəzərdən keçirməyə davam edəcək".

O, atəşkəsə çağırıb və bəyan edib ki, Seul suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan etibarlı və davamlı sülhün təmin edilməsi səylərini dəstəkləyir.

Yonhap Xəbər Agentliyi daha əvvəl bildirmişdi ki, Ukrayna Cənubi Koreya fondundan güzəştli kreditlər hesabına 20 Cənubi Koreya elektrik qatarı almağı düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr