AZ

Aktrisa Klaudiya Kardinale vəfat etdi

Dünyada çoxsaylı filmlərdəki rolları ilə tanınan italyan aktrisa Klaudiya Kardinale 88 yaşında vəfat edib.

Kulis.az APA - ya istinadən xəbər verir ki, bu barədə ANSA qəzeti məlumat yayıb. Məlumata görə, aktrisa son bir neçə ildə yaşadığı Fransanın Nemur şəhərində uşaqlarının yanında ölüb.

1938-ci ildə Tunisdə anadan olan Kardinale ilk dəfə 1952-ci ildə Rene Votierin "Qızıl üzüklər" adlı qısametrajlı filmində baş rolda oynayaraq şöhrət qazanıb.

1957-ci ildə müsabiqədə "Tunisdə ən gözəl italyan qadını" seçilib. 1950-ci illərin sonlarından bəri o, bədii filmlərdə çəkilir və onun filmoqrafiyası 120-dən çox filmi əhatə edir.

Qeyd edək ki, 1969-cu ildə aktrisa sovet rejissoru Mixail Kalatozovun "Qırmızı çadır" filmində rol alıb və bu, Qərb tərəfdaşı ilə birgə istehsal olunan və maliyyələşdirilən ilk sovet film layihəsi olub.

Seçilən
39
4
kulis.az

5Mənbələr