AZ

Britaniya NATO ölkələrinin səmasını müdafiə etməyə hazır olduğunu bildirib

Böyük Britaniyanın NATO ölkələrinin hava məkanını müdafiə etməyə hazır olduğunu bildirib.

Editor.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxış edərkən deyib.

“Son həftələrdə Estoniya, Polşa və Rumıniyada NATO hava məkanının təxribatçı və ehtiyatsız şəkildə pozulmasının şahidi olduq. NATO buna qəti şəkildə qarşıdır. Biz hərəkətə keçməyə hazır olacağıq”,- Kuper deyib.

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Kuper bəyan edib ki, Rusiyanın döyüş təyyarələrinin Estoniyanın hava məkanını pozduğu iddia edilən hərəkətləri NATO ölkələri ilə birbaşa münaqişə təhlükəsi yaradıb.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
37
editor.az

1Mənbələr