AZ

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Media İnkişaf Agentliyinin İcraçı direktoru arasında görüş keçirilib

BAKI, TurkicWorld

23 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikasının Mediasının İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş baş tutub.

TurkicWorld xəbər verir ki, görüşdə Türk dövlətləri ilə Azərbaycan arasında media əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını qeyd edib.

Fondun prezidenti Aktotı Raimkulova isə Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Soial-mədəni layihələrin beynəlxalq səviyyədə tanıdılmasında medianın mühüm rolunu vurğulayıb.

Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif proqramların reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Görüş səmərəli fikir alış-verişi ilə davam edib.

Seçilən
19
19
turkic.world

10Mənbələr