Səudiyyə Ərəbistanında təlim və məşğulluq proqramları nəticəsində faydalananların sayı 1,7 milyondan 2,5 milyona yüksəlib. Bu barədə Krallığın İnsan Resursları və Sosial İnkişaf Nazirinin birinci müavini Abdullah Nasser M. Abuthnain "Dəyişən Əmək Dünyasında İnnovativ Əmək və Məşğulluq Stearegiyaları: Qlobal Çağırışlar - Milli Həllər" mövzusunda dəyirmi masada çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, iş vizalarının tətbiqi və dəstəkçi işçi qüvvəsinin işə qəbulu rəqəmsallaşdırılıb, məsafədən və çevik iş modelləri isə əmək bazarında tətbiq olunub.
Nazirlik həmçinin özəl sektorda əməkhaqqı sisteminin izlənməsi üçün dövlət proqramı hazırlayıb.
Gülnar Nazimqızı