AZ

III MDB Oyunlarında iştirak edəcək daha 3 ölkənin idmançıları Azərbaycanda - FOTO

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək 3 ölkənin stolüstü tennis komandası Bakıya gəlib.

İdman.biz xəbər verir ki, əvvəlcə Belarusun 9 nəfərlik heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Sonra Özbəkistanın və Qazaxıstanın aşağı yaş qruplarından ibarət yığması ölkəmizə gəlib.

Hər üç komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

İdman.biz

Seçilən
32
8
idman.biz

10Mənbələr