AZ

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus qəza törədib, xəsarət alanlar var - FOTO

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.

Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə
Seçilən
20
6
apa.az

10Mənbələr