AZ

Müəllimləri daşıyan mikroavtobus qəzaya düşdü - Foto

Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla VAZ-2106 markalı maşının toqquşması nəticəsində qəza baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
5
axar.az

10Mənbələr