AZ

Ağ Ev: "ABŞ vətəndaşları Ukraynaya silah satışından qazanc əldə edirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ vergi ödəyiciləri Ukraynaya yeni silah təchizatından fayda əldə edirlər. Çünki artıq silahlar pulsuz verilməyib, NATO ölkələrinin ödədiyi vəsait hesabına satılır".
Oxu.Az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, biz NATO-ya silah satmağa davam edəcəyik, alyans və Ukrayna isə bu silahları necə istifadə edəcəklərinə özləri qərar verəcəklər", - deyə Livitt vurğulayıb.
Onun sözlərinə görə, Prezident Trampın dövründə silah sazişlərinin yeni formatı ABŞ maraqlarını ön plana çəkir:
"Biz bu silahları NATO-ya satırıq, alyans isə onları Ukraynaya göndərir. Beləliklə, amerikalı vergi ödəyiciləri bu prosesdən faydalanırlar. Bu, əvvəlki prezident Co Bayden administrasiyası ilə müqayisədə fərqli mövqedir".
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə silah təchizatının davam edəcəyini açıqlamışdı.
Seçilən
56
50
oxu.az

10Mənbələr