AZ

Gədəbəydə mikroavtobusla avtomobil toqquşub, 20-yə yaxın sərnişin xəsarət alıb

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

Operativ Media report-a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
6
operativmedia.az

10Mənbələr