AZ

Mikroavtobusla avtomobil toqquşdu: 20-yə yaxın sərnişin...

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Seçilən
61
2
publika.az

2Mənbələr