AZ

Uşaqlarım anasız qalmasın deyə mücadilə edirəm

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Heç yoxluqlarına öyrəşə bilmirəm".

Axşam.az xəbər verir k, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Bir müddət əvvəl itirdiyi valideynlərindən danışan aparıcı kövrəlib:

"Dünən getdim onların məzarının üstünə. Dedilər ki, yaşlı qadın gəlmişdi. Bildim ki, rayondan bacım gəlib. 1 saat oturdum məzarlarının başında. Gördüm qardaşım övladları ilə gəlib. Dünyanın ən xoşbəxt insanı, həyat yoldaşı, övladların ola bilər. Amma ana yoxdursa, sizin heç nəyiniz yoxdur. Həyatda mənim üçün ən maraqlı şeylərin marağı qalmayıb. Məni həyatda tutan iki körpə uşağımdır. Anasız qalmasınlar deyə, mücadilə aparıram. Böyük oğlum artıq böyükdür.

Ata və ananın qədrini bilin. Onları itirəndən sonra oeşman olacaqsınız. Hər həftə saatlarla onların məzarı başında otururam". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
7
axsam.az

9Mənbələr