AZ

Politoloq: Paşinyanın üstünlükləri kifayət qədər çoxdur

ain.az bildirir, Sherg.az portalına istinadən.

Qərb birmənalı Ermənistanın indiki baş nazirini dəstəkləyir, onun hakimiyyətdə qalmasını istəyir

İlqar Vəlizadə: “Rusiyanın yanaşması bəlli olsa da, hazırda Moskvanın mövqeləri həm regionda, həm də dünyada xeyli zəifləyib”

Ermənistanda hökumətlə müxalifətin mübarizəsi gərginləşir. Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan sürükləyib. Onun sözlərinə görə, xüsusən də Sərkisyan və Köçəryan ölkəni Qarabağda - Azərbaycan ərazisində müharibəyə sürüklədikdən sonra oradan Ermənistana qaçıblar. Paşinyan keçmiş prezidentləri şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham edərək, onların bu yolla özlərinə böyük sərvətlər topladıqlarını da bildirib: "Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə bildirmişdim ki, "qalib prezidentlər" adlandırılanların heç biri xalqın etimadını qazanmayıb. Xalqa "qələbə" gətirmişdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi?". Baş nazir onların bütün seçkiləri saxtalaşdırdıqlarını qeyd edib: "Ermənistanın düşüncəli insanları anlayırdılar ki, siz qələbə gətirmədiniz, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədiniz. İndi isə ölürsünüz, çünki görürsünüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Sözün əsl mənasında gündə üç dəfə ölürsünüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi. İndi deyin: debata gələcəksiniz, ya gəlməyəcəksiniz?". 

Paşinyan əlavə edib ki, üç keçmiş prezident davamlı olaraq onu Ermənistanı müharibəyə sürükləməkdə iddia edirlər: "Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?". Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: “Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib”.

Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, 2026-cı il parlament seçkiləri yaxınlaşdıqca hökumətin müxalif düşərgə ilə mübarizəsi şiddətlənəcək. Ekspert vurğulayıb ki, Ermənistandakı daxili proseslər göstərir ki, müxaliflər mümkün qədər səfərbər olmağa çalışır:

Seçilən
20
sherg.az

1Mənbələr