AZ

Tramp NATO ölkələrini ərazilərinə girənRusiya təyyarələrini vurmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya NATO-nun hava məkanını pozacağı halda, Alyans ölkələri onun təyyarələrini vurmalıdır.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş zamanı danışıb.

 

Tramp müvafiq suala: "Bəli, mən belə hesab edirəm", - deyə cavab verib.

 

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin hava məkanını pozması ilə bağlı bəyanatları yenilik deyil.

 

Xatırladaq ki, NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniya hava məkanını pozduğu iddia edilən insidentdən sonra qəti cavab verəcəyini vəd etmişdi.

Seçilən
21
1
senzor.az

3Mənbələr