AZ

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar - VİDEO

Bakı-Sumqayıt yolunda vəziyyət təhlükəli hala çatıb. Yolun üç fərqli hissəsində ard-arda dərin çökmələr müşahidə olunur.

Bizim.Media APA TV-yə istinadla xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb. 

Bu, hər an faciəyə səbəb ola bilər.

Xatırladaq ki, iyun ayında "Baksol" yolunda kanalizasiya kollektorunun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü həyatını itirib. Ekspertlər hesab edirlər ki, eyni məsuliyyətsizlik burada da təkrarlanır.

Əgər aidiyyəti qurumlar vaxtında tədbir görməsələr, bu qəzalar yaxın vaxtlarda ciddi faciə ilə nəticələnə bilər.

Ətraflı süjetdə:



Bizim.Media 

Seçilən
19
6
bizim.media

7Mənbələr