AZ

Venesuela ABŞ gəmilərinə qarşı Su-30MK2 qırıcılarını hazır vəziyyətə gətirib

Karakas Karib dənizindəki gərginliyə hərbi təlimlərlə cavab verib...

Poliqon xəbər verir ki, Venesuela ABŞ-ın Karib hövzəsində hərbi qüvvələrini gücləndirməsinə cavab olaraq Rusiya istehsalı olan X-31 tipli gəmiəleyhinə raketlərlə silahlanmış Su-30MK2 qırıcılarını bölgəyə yerləşdirib. Bu barədə ABŞ-da dərc olunan Military Watch Magazine (MWM) nəşri məlumat yayıb.

Məlumata görə, Su-30MK2 qırıcıları Karakasın təşkil etdiyi genişmiqyaslı hərbi təlimlərdə iştirak edib. Jurnal yazır ki, Rusiya istehsalı Su-30MK2 təyyarələri ABŞ və Kanada istisna olmaqla Qərb yarımkürəsində ən uzun mənzilli qırıcılar hesab olunur. Həmçinin X-31 raketləri də yüksək sürətləri səbəbilə hava hücumundan müdafiə sistemləri tərəfindən asanlıqla zərərsizləşdirilə bilmir.

Hər bir Su-30MK2 təyyarəsi dörd-altı raket daşımaq gücünə malikdir. Nəşrin hesablamasına əsasən, səkkiz təyyarədən ibarət eskadrilya bütün ABŞ hərbi-dəniz qruplaşmasını neytrallaşdırmaq potensialına sahibdir.

Bununla belə, X-31 raketlərinin uçuş məsafəsinin məhdudluğu Venesuela Hərbi Hava Qüvvələri üçün əsas çatışmazlıq olaraq qeyd olunur. Raketlərin maksimal uçuş məsafəsi 110 kilometrdir ki, bu da qırıcıların hədəflərə çox yaxınlaşmasını tələb edir və əməliyyat riskini artırır.

Qeyd edək ki, sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp Venesuela ilə əlaqəli olduğu iddia edilən narkokartellərə qarşı yeni zərbələrin endiriləcəyini açıqlamışdı.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr