AZ

Mbappe bu göstəricidə Zidanı və İskonu geridə qoydu

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real" hücumçusu Kilian Mbappe İspaniya çempionatının altıncı turunda "Levante" üzərində (4:1) qələbədə dublla yadda qalıb. Sport24.az xəbər verir ki, 26 yaşlı fransalı futbolçunun hazırda La Liqada 38 qolu var.

Bununla da o, aktivində 37 qol olan Zinəddin Zidan və İskonu ötüb. Mbappe Luiş Fiqu və Davor Şukerlə eyni sayda qol vuraraq 42-ci yerdə qərarlaşıb. Bombardirlər siyahısına isə 311 qolla Kriştiano Ronaldo başçılıq edir.

Qeyd edək ki, Madrid komandasında çıxış etmiş fransız futbolçular arasında Mbappe qol sayına görə İspaniya liqasında ikinci yeri tutur. Zirvədə aktivində 238 qol olan Kərim Benzema qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
sport24.az

1Mənbələr