AZ

Melaniya Tramp Olena Zelenskaya ilə görüşməkdən imtina edib

ABŞ-nin birinci xanımı Zelenskayanın dəfələrlə etdiyi müraciətə baxmayaraq, onunla görüş planlaşdırmayıb...

Poliqon xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenska ilə ikitərəfli görüşdən imtina edib. Bu barədə New York Post qəzeti Melaniya Trampın baş müşaviri Mark Bekmana istinadən məlumat yayıb.

Bekmanın sözlərinə görə, Olena Zelenska bir neçə dəfə görüş üçün müraciət edib. Lakin Trampın müşaviri qeyd edib ki, Melaniya Tramp sadəcə olaraq zəruri etik qaydalara uyğun şəkildə salamlaşacaq, amma rəsmi söhbət və ya ayrıca planlaşdırılmış görüş baş tutmayacaq.

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının ümumpolitik müzakirələri start götürüb. ABŞ prezidenti Donald Tramp iclasa həyat yoldaşı Melaniya Trampla birlikdə qatılıb.

Poliqon.info

Seçilən
24
3
poliqon.info

5Mənbələr