AZ

G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edib

Böyük yeddilərin nazirləri BMT Baş Assambleyası çərçivəsində bir araya gəlib...

Poliqon xəbər verir ki, BMT Baş Assambleyasının gedişatında “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə ediblər.

Görüşün yekununda yayılan kommyunikedə bildirilir ki, əlavə sanksiyaların gündəmə gətirilməsi, həmçinin Moskvanın fəaliyyətinə yardım göstərən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilib. Bundan başqa, nazirlər dondurulmuş Rusiya aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadəsi ilə bağlı aparılan müzakirələri alqışladıqlarını bəyan ediblər.

Toplantıda G7 ölkələri Rusiyanı Estoniya, Polşa və Rumıniyanın hava məkanını pozmaqda ittiham edərək, bu cür hərəkətləri qəbuledilməz adlandırıblar. Nazirlik nümayəndələri vurğulayıblar ki, hava məkanına edilən müdaxilələr beynəlxalq hüququn və dövlətlərin suverenliyinin pozulması deməkdir.

Görüşün sonunda “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri Ukraynaya davamlı təhlükəsizlik təminatlarının verilməsinə və sülhün əldə olunması istiqamətində birgə səylərin davam etdirilməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr