AZ

Kütləvi etirazlara səbəb olan miqrant həbs edilib

Yazını böyüt
Yazını kiçilt

Efiopiyadan olan sığınacaq axtaran Hadush Gerberslasie Kebatu yeniyetmə qıza və bir qadına qarşı cinsi təcavüz törətdiyinə görə Britaniyada 12 ay həbs cəzasına məhkum edilib.

Hafta.az xəbər verir ki, onun bu hərəkəti Eppinq şəhərində, paytaxtdan təxminən 30 kilometr şimalda yerləşən Bell Hotel qarşısında etirazlara səbəb olmuşdu. Bu isə digər etirazların qığılcımı olmuş və sonradan ölkə üzrə immiqrasiya ilə bağlı gərginliklər fonunda nümayişlərin genişlənməsinə gətirib çıxarmışdı.

Çelmsford Magistrat Məhkəməsi Hadush Kebatunu 14 yaşlı qıza və bir qadına qarşı cinsi zorakılıq etməyə cəhd və təqibdə təqsirli bilib.

Hakim Kristofer Uilyams hökm oxuyarkən bildirib ki, təqsirləndirilən şəxs öz əməllərinin yaratdığı narazılığın fərqində olduğunu etiraf edib və bu hadisənin qanuna riayət edən digər sığınacaq axtaranların da nüfuzuna mənfi təsir etdiyini anlayıb:

“Siz başa düşə bilməzdiniz ki, törətdiyiniz cinayət əməlləri ictimaiyyətdə belə bir reaksiya yaradacaq, xüsusilə də Eppinqdə, həmçinin bütün Böyük Britaniya üzrə kütləvi nümayişlərə səbəb olacaq. İnsanlar uşaqlarının təhlükəsizliyindən narahatdırlar”. /“Reuters”/

Seçilən
11
2
hafta.az

3Mənbələr