AZ

ANAMA-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.

İclas zamanı, ANAMA yanında İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunub. Aparılan səsverməyə əsasən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Şuranın sədri, Azərbaycan Respublikası vətəndaşları təşəbbüs qrupundan Emil Həsənov Şuranın sədr müavini və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva İctimai Şuranın katibi seçilib.   

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şura üzvlərini qəbul edib, onları Şuraya üzv seçilmələri münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Şura üzvlərinin mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətə müsbət töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi, ölkəmizdəki mina probleminin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, eləcə də minadan zərərçəkənlərə dəstək istiqamətində müzakirələr aparılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

Seçilən
23
5
ictimaishura.az

6Mənbələr