AZ

XİN rəhbəri: Böyük Britaniya NATO-nun hava məkanının müdafiəsində iştirak etməyə hazırdır

Böyük Britaniya NATO-nun hava məkanının müdafiəsində iştirak etməyə hazırdır.

Operativ Media xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxışı zamanı bəyan edib.

"Son həftələrdə biz NATO-nun hava məkanının Estoniya, Polşa və Rumıniya üzərində təxribat xarakterli və düşüncəsiz şəkildə pozulmasının şahidi olduq. NATO bu pozuntulara qarşı qətiyyətlə çıxış edir. Biz hərəkətə keçməyə hazır olacağıq", – deyə İ. Kuper bildirib.

O qeyd edilən ölkələrin səması üzərindəki hadisələrin arxasında Rusiyanın dayandığını vurğulayıb.

Seçilən
10
operativmedia.az

1Mənbələr