AZ

G7 xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər

G7 xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatda qeyd olunub.

Kanadanın Qlobal Məsələlər Departamentinin yaydığı sənəddə bildirilir: “Biz davamlı sülhə, güclü, müstəqil, suveren və firavan Ukraynaya nail olmaq üçün birgə fəaliyyət göstərmək öhdəliyimizi vurğuladıq. Həmçinin Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının verilməsi üçün ABŞ ilə koordinasiyanı davam etdirdik".

Bəyanatda əlavə olunur: “Biz üçüncü ölkələrə qarşı tədbirlər də daxil olmaqla, Rusiyaya əlavə iqtisadi xərclərin tətbiqi məsələsini müzakirə etdik. G7-nin maliyyə nazirləri arasında Rusiyanın suveren aktivlərindən Ukraynaya dəstək üçün istifadəyə dair aparılan müzakirələri alqışlayırıq".

Seçilən
2
operativmedia.az

1Mənbələr