AZ

Rubio: Tramp Ukraynaya silah satışı üçün bütün imkanlara malikdir

BAKI, 24 sentyabr. TELEQRAF

Ukrayna müharibəsi son dərəcə mürəkkəb bir çağırışdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının iclasında etiraf edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin həllinə nail olmaq üçün çoxlu vaxt və enerji sərf edib.

ABŞ Dövlət katibi hesab edir ki, Ağ Ev rəhbəri bu məsələdə irəliləyiş olacağına ümid etdiyi üçün indiyədək Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyib.

Lakin, o, Trampın səbrinin sonsuz olmadığını əlavə edib.

“Bu hadisələrin inkişafını dayandırmaq üçün lazım olarsa, Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etmək imkanı və variantları var", - Rubio xəbərdarlıq edib.

Bundan əlavə ABŞ Dövlət katibi, Prezident Trampın Ukraynaya Rusiyanın hücumlarından qorunmaq məqsədilə müdafiə və hücum silahları satmaq üçün bütün imkanlara malik olduğunu vurğulayıb.

Seçilən
84
teleqraf.com

1Mənbələr