AZ

“NATO ölkələri öz hava məkanında Rusiya təyyarələrini vura bilər” Tramp

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

NATO ölkələri hava məkanını pozduqları təqdirdə, Rusiya təyyarələrini vura bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşündə jurnalistlərə deyib: “Bəli, mən belə düşünürəm”.

ABŞ-nin bu məsələdə NATO müttəfiqlərinə kömək etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Tramp bunun şəraitdən asılı olduğunu bildirib.

Trampdan daha əvvəl Kopenhagendə PUA-ların aşkar edilməsinə də münasibət bildirməsi istənilib. Hadisədən xəbərdar olduğunu qeyd edən Amerika lideri “Nə baş verdiyini dəqiq başa düşməyincə, bu suala cavab verə bilmərəm", - deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
4
qafqazinfo.az

5Mənbələr