AZ

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu

Lənkəranda 22 yaşlı gənci avtomobil vurub.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "KİA Ceed" markalı minik avtomobili yolu keçən piyada, Lerik rayonunun Livədirgə kənd sakini, 2003-cü il təvəllüdlü Xaqani Hikmət oğlu İbadovu vurub. Sürücü xəsarət almış şəxsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

X.İbadov ağır vəziyyətdə təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
19
1
sherg.az

2Mənbələr