AZ

Özbəkistan U15 milli komandasının direktoru: Biz düşünürük ki, bu ən yaxşı MDB oyunları olacaq

“Azərbaycanda olmaqdan xoşbəxtəm. Mən bilirəm ki, siz bu oyunlara yüksək səviyyədə hazırlamısınız. Biz düşünürük ki, bu ən yaxşı MDB oyunları olacaq”.

APA xəbər verir ki, bunu III MDB Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn Özbəkistan U15 milli komandasının direktoru Nuriddin Maxmudov deyib.

“Biz bu oyunları 2 ildir ki, hazırlaşırıq. Ən yaxşı gənc futbolcularımızı gətirmişik. U15 komandası ilə təmsil olunacağıq”, - deyə o əlavə edib.

Özbəkistan Özbəkistan Özbəkistan Özbəkistan
Seçilən
35
2
apa.az

3Mənbələr