AZ

Azərbaycan və Albaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası və Albaniya Respublikası arasındabirinci siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuatxidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinəxarici işlər nazirinin müavini Fariz Rzayev, AlbaniyaRespublikasının nümayəndə heyətinə Avropa və xarici işlər nazirininmüavini Endrit Yzeiraj rəhbərlik edib.

İclas zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq gündəliyində olan məsələlər, eləcə də siyasi,iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlığın hazırkı durumuvə gələcək inkişaf imkanları ətraflı müzakirə olunub.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən strateji enerji vənəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfəverdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlarçərçivəsində mövcud səmərəli əməkdaşlığın daha dagenişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəfə münaqişədən sonrakı dövrdə bölgədəki vəziyyət vəyeni reallıqlar, mina təhlükəsi ilə mübarizə istiqamətində görüləntədbirlər, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılangenişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumattəqdim olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional vəikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
4
7
az.trend.az

8Mənbələr