AZ

Kaleb Orr: 8 avqust razılaşması əsl sülh dividendləri yarada bilər

Nyu-York, 24 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh sazişi Trampın regiona verdiyi diplomatik aspekti göstərir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Xəzər Siyasət Mərkəzinin Nyu-York şəhərində keçirdiyi 6-cı Xəzər Biznes Forumunda deyib.

O bildirib ki, bu razılaşma əsl sülh dividendləri yarada bilər. “Bu, region və bütün ABŞ üçün çox yaxşı olar”, - deyə o əlavə edib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
21
3
azertag.az

4Mənbələr